Div Academy - Marketing internship

Marketingi Div Academy və OKmedia şirkətlərinin CEO-larından öyrənmə şansı !

"Div Academy" marketinq sahəsində əvəzolunmaz karyera qurmaq istəyən gənclər üçün könüllülük proqramını elan edir. Proqramı uğurla bitirən namizədlər əməkdaş olaraq işə qəbul olunma şansı əldə edir. Proqramın sonunda hər bir iştirakçı sertifikatla təmin olunur. 3 aylıq, yalnız real təcrübələrə əsaslanan proqramda aşağıdakı proseslər öyrənilir:

- Ənənəvi Marketinq və Rəqəmsal marketinq
- Marka, Brand awareness, Brand damage anlayışları və Azərbaycanda real nümunələri
- Kopiraytinq. Satan reklamlar. Şüuraltına təsir edən marketinq taktikaları
- Yaradıcı olmaq vs Yaradıcı doğulmaq
- Event marketing, Email marketing, Guerilla marketing, Aroma marketing
- Influence marketing və real keyslər
- Clickbait reklamlar
- SEO-nun əsasları
- Bazar araşdırmasının aparılması
- Potensial müştəri ilə email, linkedin, telefonla ilkin əlaqələrin qurulması
- İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak
- və digər mövzular

İş şəraiti:
- Elmlər m. yaxınlığında innovativ mühitli mərkəz
- Proqram saatları:  10:00-dan 18:00-dək (həftədə 6 gün) və ya part time (istəyə uyğun)
- Proqram müddəti: 3 ay
- Limitsiz çay-kofe
- Yekunda sertifikatla təltif olunma
- Gənc, kreativ komandada işləmə fürsəti
- Netvörkinq, sərgi, forumlarda iştirak

İştirak tamamilə ödənişsizdir.

Sign in to Google to save your progress. Learn more
Hansı marketinq bloqlarını aktiv olaraq oxuyursunuz? (Intervyuda yoxlanılacaq)
Hansı yerli şirkətin hansı reklamı diqqətinizi cəlb edib?
Sosial şəbəkələrdən başqa, əlavə olaraq sizcə harada reklam versəniz B2B (korporativ müştərilər) hədəf kütləyə çatmış olarsınız ?
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy