Heyvanların qorunması ilə bağlı işçi qrupu - MÜRACİƏT
Əziz heyvansevərlər,

Təəssüf ki, bir çoxumuz ölkəmizdə həm ev heyvanlarına, həm də vəhşi heyvanlara qarşı amansız rəftar hallarının şahidi oluruq. Tez-tez haqqında eşitdiyimiz belə hallar, o cümlədən it və ya pişiklərin sağlamlığına qəsdən zərər vurulması, vəhşi heyvanların qanunsuz olaraq acınacaqlı şəraitdə saxlanması, heyvanların qəsdən öldürülməsi və bu kimi hərəkətlər müasir Azərbaycanda qəbuledilməzdir.

Bu xüsusda, cəzaların olduqca yumşaq olması və ya tətbiq edilməməsi, bir çox hallarda isə heyvanların əziyyətinə ümumiyyətlə göz bağlanması səbəbindən bəzi insanlar belə qəddar əməllərdən çəkinmir. İstər kompanyon kimi saxlanılan ev heyvanları, istər qida üçün saxlanılan əhliləşdirilmiş heyvanlar, istərsə də ekosistemlərin əvəzedilməz parçası olan vəhşi heyvanların rifahına gəldikdə vahid bir humanist yanaşma olmalıdır. Bu yanaşmanın arxasında isə maarifləndirmə ilə yanaşı sərt qanunlar olmalıdır.

Odur ki, məsələnin hüquqi tərəfinin nəzərdən keçirilməsi, ölkə qanunvericiliyində mövcud olan mümkün boşluqların müəyyən edilməsi və bununla bağlı dövlət səviyyəsində həyata keçiriləcək addımlarla bağlı təkliflərin hazırlanması üçün bu sahədə bilik, təcrübə və marağı olan fəalları işçi qrupa üzv olmağa dəvət edirik.

*** Son müraciət tarixi: 5 oktyabr (saat 18:00-da)

Əlavə məlumat üçün: @danma.azerbaijan-ın Instagram və Facebook səhifəsinə müraciət edə bilərsiniz.

Sign in to Google to save your progress. Learn more
Ad *
Soyad *
Ata adı *
Doğum tarixiniz *
MM
/
DD
/
YYYY
Əlaqə nömrəniz *
Elektron poçt ünvanınız (aktiv)
Sosial şəbəkə hesabınızın linklərini qeyd edin (Facebook, İnstagram)
Yaşadığınız şəhər *
Təhsiliniz *
Təhsil aldığınız müəssisənin tam adı
İxtisasınız *
Dil bilikləriniz *
Hal-hazırda işləyirsinizmi? *
Heyvanların qorunması ilə bağlı hər hansı bir  təcrübəniz olubmu? Olubsa qeyd edin. *
Əlavə təkliflər və qeydlər
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy