SARS-CoV-2 (COVID-19)
Hörmətli iştirakçı,

Dünyada yeni növ SARS-CoV-2 (COVİD-19) koronavirusa yoluxanların sayı hər keçən gün artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, həmçinin virusun qarşısının alınması istiqamətində sözügedən beynəlxalq təşkilatın tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində təxirəsalınmaz tədbirlər indi də həyata keçirilməkdədir. İlk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, ardınca mühüm qərarlar qəbul edilib. Ümumiyyətlə, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkələrdən fərqli olaraq daha tez atıldı və bu da birbaşa xalqın sağlamlığının ön planda olmasının bariz nümunəsidir. Ona görə də cəsarətlə pandemiya dövründə Azərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır.

Son elmi və praktiki təhlillərdən sonra Azərbaycanda SARS-CoV-2 (COVİD-19) virusunun 2019-cu ilin son ayları və 2020-ci ilin yanvar ayından Bakıda yayılması ehtimalı hər kəsin diqqətini cəlb etdi və fərqli müzakirələrə səbəb oldu. Əgər bu ehtimal böyük sorğu keçirməklə və əlavə olaraq da ehtiyac olarsa tibbi cəhətdən sübut olunarsa - hansı ki, bugünlərdə o mümkün ola bilər – ölkəmizdə Pandemiya ilə mübarizəyə birmənalı şəkildə fərqli təsir göstərər və effektiv mübarizəyə kömək edər. Bunun da ən böyük dəstəkçisi bu sorğu vasitəsi ilə SİZ ola bilərsiniz! Bu məqsədlə Azərbaycanda və Almaniyada yaşayan azərbaycanlı elmi işçi qrupu tərəfindən burada keçirilən sorğu vasitəsi ilə təxminən neçə nəfərin ölkə üzrə bu xəstəliyi keçirməsi ehtimalı yoxlanılacaq. Sorğunun nəticəsi iştirakçıya sorğu tamamən bitdikdən sonra qeyd edilən əlaqə vasitəsi ilə bildiriləcək. Xahiş olunur ki, sorğuda sona qədər iştirak edin, bu hər bir kəs üçün çox önəmlidir.

Zaman ayırıb sorğuda iştirakınız üçün təşəkkürlər!

Hörmətlə

* Sorğuda iştirak sərbəstdir
* Sorğuda hər ailədən BİR nəfərin iştirakı vacibdir
* Sorğuda istifadə olunan məlumatlar heç bir 3-cü şəxsə ötürülməyəcək
Sign in to Google to save your progress. Learn more
Son zamanlar COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə vacib olan gigiyenik tələblərə əməl edirsinizmi? *
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy