ÖZ ŞƏHƏRİNİ DƏYİŞ ÜÇÜN MÜRACİƏT ELANI
IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn  Öz Səsini Kəşf Et proqramı  çərçivəsində Öz Şəhərini Dəyiş(ÖŞD) üçün müraciətləri qəbul edir.

Öz Şəhərini Dəyiş (ÖŞD) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər  gənc qadına sosial iştirakçılıq və layihə idarəetməsi barədə lazımi bilik və bacarıqları vermək məqsədi daşıyır. ÖŞD ümumilikdə iki dalğada həyata keçiriləcək. Hər dalğada uyğun olaraq 40 iştirakçı seçiləcəkdir.

ÖŞD iştirakçıları sosial iştirakçılıq, yerli icmalara töhfə verilməsi üçün layihə yazılması və idarə edilməsi ilə bağlı mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz layihə ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.

Öz Səsini Kəşf Et proqramının məqsədi gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc  qadın öz icmalarını yaxşılaşdırmaq üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək:  Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.


Başlama tarixi: 21 oktyabr;
Təlimlər: 21-25 Oktyabr
Saatlar hər gün 2 növbə olmaqla nəzərdə tutulub,iştirakçılara uyğun olmadığı təqdirdə onlarla birgə müəyyənləşdiriləcək.

Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Bakı və  Sumqayıtda yaşayan gənc qadınlar;

Müraciət üçün son tarix: 15 oktyabr 2019

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur. Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: fismayilova@idealab.az

Telefon: +994 12 4372944

Mobil: +994 50 2254525

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə


Sign in to Google to save your progress. Learn more
Ad və Soyad: *
Elektron Poçt: *
Məcburi köçkünsünüzmü? (Buraya məcburi köçkün icmasına aid olmaq, məcburi köçkün statusuna sahib olmaq, valideynlərinin biri ya hər ikisi məcburi köçkün olması daxildir) *
Əlaqə nömrəsi: *
Doğum Tarixi: *
MM
/
DD
/
YYYY
Öz Şəhərini Dəyiş (ÖŞD)proqramına niyə qoşulmaq istəyirsiniz? *
Həftəiçi günün hansı saat aralığı sizə təlimlər üçün daha uyğundur? *
Əlavə təklifləriniz:
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of Eurasia Partnership Foundation - Azerbaijan. Report Abuse