Technest Təqaüd Proqramı
"Technest" Təqaüd Proqramına namizədlərin müraciəti

“Technest” Təqaüd  Proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. Bu  proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. “Technest” İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təmin edən təqaüd proqramıdır. Eyni zamanda sahibkarlıq təfəkkürü ilə çıxış edən və innovativ həllər təklif edən gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir. Yəni “Technest” Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir. Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması əsas vəzifələrdən biridir. 
 

Müsabiqə aşağıda göstərilən mərhələlər üzrə həyata keçirilir.

1.     Birinci mərhələ: ilkin müraciətlərin qiymətləndirilməsi. İlkin müraciətlərin qiymətləndirmə prosesində üstünlük verilən və növbəti mərhələyə dəvət alan namizədlər aşağıdakılardır:

·       Əyani bakalavr təhsili alan təhsilinin sonuncu kurs tələbələri;

·       Qiyabi və ya magistr təhsili alan tələbə;

·       Ali, orta və peşə ixtisası üzrə məzunlar;

·       İşsiz şəxslər;

·       İş yerində İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə ixtisasını artırmaq istəyən şəxslər;

·       İş profilini digər sahədən İKT sahəsinə dəyişmək istəyən şəxslər.

·       Qiymətləndirmə iki mərhələdə müsabiqə və müsahibə mərhələsində həyata keçirilir.


2.     İkinci mərhələ: İmtahan/Test. Tədris proqramından asılı olaraq fərqli imtahan növü tətbiq olunur. İmtahan zamanı namizədin ümumi bilik səviyyəsi yoxlanılır,  analitik qabiliyətləri ölçülür və təlimə uyğunluğu  müəyyən edilir. Müraciət etdiyi tədris proqramı üçün nəzərdə tutulan təməl biliklərə sahib olan namizədlər növbəti mərhələyə keçir.

3.     Üçüncü mərhələ: Müsahibə. Bu mərhələdə namizədin şəxsi keyfiyyətləri, təlim motivasiyaları, ümumi dünyagörüşü və komandada iş bacarıqları qiymətləndirilir. Bu mərhələni uğurla başa vurmuş şəxslər müsahibənin nəticəsindən asılı olaraq 100% təqaüddən yararlanır. 

Sign in to Google to save your progress. Learn more
Ad, Soyad, Ata adı *
Doğum tarixi *
MM
/
DD
/
YYYY
Əlaqə nömrəsi *
Email ünvanı *
Faktiki yaşayış ünvanı *
Təhsiliniz
(cari təhsil pilləsi qeyd olunmalıdır)
*
Required
Təhsil müəssisəsinin adı *
İxtisasınız (əgər varsa) *
İş yeriniz *
Vəzifəniz: *
Təqaüd proqramı üzrə müraciətinizi əsaslandırın *
Təqaüd proqramı haqqında məlumatı hansı mənbədən əldə etmisiniz? *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy