Şagirdlərin Şəxsi İnkişaf Platforması-İdarə Heyəti namizədləri üçün müraciət anketi
Namizədlərə dair tələblər:

- VII-XI sinifdə təhsil almaq;
- İngilis dilini “Pre intermediate” səviyyəsində bilmək;
- Təşəbbüskarlıq, yaradıcı düşüncə, təqdimat və komanda ilə işləmək bacarığı;
- Sosial fəaliyyətlərdə aktiv iştirak;
- Word və Power Pointdə işləmək bacarığı;
- Nizam-intizam qaydalarına riayət;
- Həftədə bir neçə saat vaxt ayırmaq;
- İnternetə çıxış imkanlarına malik olmaq.

Vəzifələr:

- Platformanın tədbirlərində aktiv iştirak etmək;
- Platformanın üzvləri ilə səmərəli iş qurmaq;
- Təkliflər irəli sürmək və icra etmək;
- Yeni şagirdlərin prosesə qoşulmasını təmin etmək;
- Digər şagirdlərin inkişafında yol göstərən olmaq.

İdarə Heyətinin üzvləri üçün üstünlüklər:

- Yeni əlaqələr və təcrübələr əldə etmək, müxtəlif mütəxəsislərlə bir başa tanış olmaq;
- Mentorluq proqramında ödənişsiz iştirak etmək;
- Komanda ilə işləmək, təqdimat və liderlik bacarıqlarını təkmilləşdirilmək;
- Xarici universitetlərə qəbul zamanı seçilmək şansını artırmaq;
- Asudə vaxtı səmərəli təşkil etmək;
- Nümunəvi Azərbaycanlı olmaq.

Ad və soyad: *
E-mail *
Əlaqə nömrəsi: *
Təhsil aldığı məktəb: *
Sinif: *
Məktəbin yerləşdiyi şəhər və rayon: *
İştirak etdiyi sosial fəaliyyətlər: (əgər varsa)
Sizi yaşıdlarınızdan fərqləndirən bacarıqlar və uğurlar: (Maksimum 75 söz) *
Niyə İdarə Heyətinin üzvü seçilmək istəyirsiniz? Platformanın inkişafına necə töhfə verəcəyinizi düşünürsünüz? Fikrinizi əsaslandırın. (Maksimum 300 söz) *
Platformanın "Teleqram" kanalına qoşulmusunuz? (https://t.me/azerbaycanli_olmaq) *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy