Baku IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində O, Mənim Qəhrəmanımdır 3 (OMQ) AZMIU tələbələri üçün müraciətləri qəbul edir.
"O, Mənim Qəhrəmanımdır" Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər gənc qadına vizual hekayələrin yaradılması üçün lazımlı praktiki bacarıqları öyrətmək, video çarx və foto nümunələri hazırlamalarına dəstək vermək məqsədi daşıyır.
Proqramın iştirakçıları yerli icmalardan seçdikləri qəhrəmanları (qadınlar) haqqında vizual hekayələrin(foto və video nümunələri) yaradılması üçün lazım olan mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra iştirakçılar komandalar və ya fərdi şəkildə mentorların dəstəyi ilə öz ideyalarını inkişaf etdirərək qəhrəmanları haqda video çarx və ya foto nümunələrini təqdim edəcəklər.
Müddəti: 25 Noyabr-3 Dekabr 2019 (təlimlər), 3-17 dekabr (mentoring)
Başlama tarixi 25 noyabrdır.
Saatlar iştirakçılarla birlikdə müəyyənləşdiriləcək.
Kimlər müraciət edə bilər: 18-30 yaş arası AZMIU tələbələri;
Müraciət üçün son tarix: 22 noyabr 2019
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
Email:
shesmyhero123@gmail.comTelefon: +994 12 4372944
Mobil: +994 50 4461201
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə