İştirak üçün qeydiyyatı tamamlayın! 

Ölkədə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə yaradılan “Məktəbli könüllü” proqramının 15 mart 2024-cü il tarixində açılış mərasimi baş tutacaq. 

8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edən proqram “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. 

İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər ümumilikdə 1000-dən çox müraciət daxil olmuşdur. Ümumi müraciətlərin təhlili əsasında müsahibə mərhələsinə 720 nəfər dəvət olunmuş, onlardan 350 nəfər proqrama üzvlük haqqı qazanmışdır. 

Proqramın ictimai təsirini artırmaq və kütləviliyi təmin etmək məqsədi ilə 2024-cü ilin yanvar ayından etibarən ümumi təhsil müəssisələrində “Məktəbli Könüllü” Proqramı barədə məlumatlandırma sessiyalarının təşkilinə başlanılmışdır. Bu günə qədər 11 məktəbdə təşkil olunmuş görüş çərçivəsində ümumilikdə 773 nəfər şagird əhatə edilmişdir. 

Qeyd edək ki, 15 mart 2024-cü il, saat 15:00-da 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunacaq proqramın açılış mərasimi rəsmi qonaqların çıxışı ilə başlayacaq, üç ay ərzində görülmüş işlər barədə hesabat, növbəti yarım il üzrə fəaliyyət planının elan edilməsi və proqramın istedadlı üzvlərinin ifasında bədii hissənin təqdim olunması ilə davam edəcəkdir.

Son müraciət tarixi: 13.03.2024, 18:00

Sign in to Google to save your progress. Learn more
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy