"İlk Addım"
“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir. Bu dəfə Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə "Addım atmaq" mövzusuna aid gənclər üçün faydalı tədbir həyata keçirtməyə qərara gəldik. "Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM)" nin - əsas hədəfi gənclərin doğru istiqamətdə inkişafını təmin etmək məqsədi ilə ölkəmizdə savadlılığın artırılmasında töhfə verməkdir

 Sosial sahibkardan addım atmağın vacibliyi haqqında öyrənmək istəyərdiniz mi? Onda platformamızın növbəti tədbirinə xoş gəlmisiniz!

Tarix: 19 May, 11.00
Mövzu: "İlk Addım"
Məkan: Gənclərin İnkişaf və Karyera Mərkəzi (Mixail Kaveroçkin küç. 30, ABŞ səfirliyi ilə üzbəüz)
Müddət: 1 saat 30 dəqiqə
Dil: Azərbaycan dili
___________________________

Spiker: Murad Məmmədov

Murad Məmmədov – 1990 yanvarın 14-ü Bakı şəhərində doğulub. Anadangəlmə sümüklərində olan kalsium çatışmazlığı səbəbilə, 15 yaşına qədər gəzə bilməyib, 15 yaşında heç bir tibbi müdaxilə olmadan, məşqlər edərək qoltuq ağaclarının (çəliklərin) köməkliyilə gəzməyə başlayıb. 2011-ci ildən etibarən “Müstəqil Həyat” ictimai birliyindən başlayaraq təlimçi və fərdi inkişaf mütəxəsisi olaraq fəaliyyət göstərir, motivasiya verici seminarlar keçir. 2014-2015-ci illər üçün, BMT-nin ölkə üzrə gənclərdən ibarət məşvərət şurasının üzvü seçilib. Azərbaycanda fəaliyyəət göstərən inkluziv “Əsa” teatrının ilk aktorlarından olub və teatrın yaradılması prosesində iştirak edib. “Uğurun Xəritəsi” Kitabının müəllifidir. www.mammadovmurad.com şəxsi saytında aktiv bloggerlik fəaliyyətilə məşğuldur. Hər il ölkəni, ölkədən kənar bir neçə beynəlxalq tədbirlərdə təmsil edir. Hazırda əlilliyi olan şəxslərə əl işləri hazırlamağı öyrədəcək və bu əl işlərinin online satışını həyata keçirəcək bir web portal layihəsi üzərində çalışır. Layihənin məqsədi əlilliyi olan şəxslərin müstəqil yaşam tərzlərinə dəstək olmaq və Azərbaycanlılar tərəfindən hazırlanan əl işlərini beynəlxalq bazara çıxarmaqdır.
___________________________

Müzakirə olunacaq məqamlar:

 - İlk addım qorxusunu necə aradan qaldıraq?
 - Risk etmək bizə nələri qazandıra bilər?
 - Cəhdlərimizin uğurlu olması nədən aslıdır?
 - Atacağımız addımın bizi xoşbəxt edəcəyini haradan bilək?
___________________________

İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki: https://forms.gle/nXMm7a4LSh7Xi1zF9
Qeydiyyat zəruridir!
Qeydiyyat üçün son tarix: 18 May, 23.30
___________________________
Əlaqə nömrələri:
+994 (50) 726-39-03
+994 (12) 440-51-43​
Elektron ünvanlar:
sbyc.azerbaijan@gmail.com
office@youthacademy.az
Facebook page:
 Social Business Youth Center
Facebook group:
Social Business Youth Center-Azerbaijan
Sign in to Google to save your progress. Learn more
Ad və Soyad: *
Məşğuliyyətiniz: *
Email: *
Əlaqə nömrəsi: *
Bu tədbirdə niyə iştirak etmək istəyirsiniz? *
Bu tədbir haqqında haradan məlumat aldınız? *
Required
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy