III Sevil Film Festivalı sənədli film qəbulunu elan edir!
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramda iştirak üçün dünyanın hər yerindən sənədli film qəbulunu elan edir.

Filmlərin gender mövzusunu əhatə etməsi və sənədli janrda olması mütləqdir.

Festivala təqdim olunan filmlər qadınların uğur hekayələri, qadın qətlləri, məişət zorakılığı, selektiv abort, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu və s. daxil olmaqla, genderlə bağlı hər hansı mövzunu əhatə etməlidir.

Hamınıza uğurlar və işinizi bizimlə bölüşdüyünüz üçün təşəkkürlər!

Son müraciət tarixi 15 iyun, 2022.

SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Sevil-BQSFF yerli kinematoqrafçıları və bu sahə ilə əlaqədar insanları sənədli filmə təşviq etmək, eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.
Festival fəaliyyətə 2020-ci il sentyabr ayında başlayıb. Festival Azərbaycan tamaşaçılarına dünyanın dörd bir yanından seçilmiş filmləri təqdim edir və müxtəlif gender əsaslı mövzular ətrafında ictimai müzakirələrə təkan verir. Həmçinin yerli sənətçilərin təqdimatına açıq olan qısa və tammetrajlı sənədli filmlər müsabiqəsi təşkil edərək yerli film sənayesinin inkişafına da dəstək olmağa çalışır.
Sign in to Google to save your progress. Learn more
Email *
Müraciət edən şəxsin adı və soyadı *
Rejissorun adı və soyadı *
Email *
Əlaqə üçün əlavə kontakt vasitəsi (email, nömrə) *
Filmin adı *
Filmin uzunluğu *
Filmin qısa sinopsisi *
Filmdə rolunuz *
Required
Filmin istehsal ili *
Rejissorun qısa bioqrafiyası *
Film hər hansısa başqa bir Film Festivalında nümayiş edilibmi? Edilibsə, hansı və nə zaman? *
Filmin linki və şifrəsi *
Əlavə qeydləriniz varsa, burada yaza bilərsiniz
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy