🌱“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsini elan edirik!🚀
Azərbaycan Respublikası Gənclər Fondunun və bp Azərbaycanın dəstəyi ilə həyata keçiriləcək müsabiqə iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsi məqsədi daşıyır. 🌎💡
Hakaton formatında həyata keçirləcək müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili priroritetin reallaşdırılması üzrə nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.
Müsabiqənin mükafatları:
I yer - 2000 AZN
II yer - 1500 AZN
III yer - 1000 AZN
Əgər sənin qeyd olunmuş milli proritet üzrə layihə ideyan varsa və daha yaşıl gələcək üçün innovativ və davamlı yanaşmaları təşviq etməyi hədəfləyən macəranın bir parçası olmaq istəyirsənsə qeydiyyatdan keçməyə tələs!
Son qeydiyyat tarixi: 20.04.2024