"Kitabların İzində" Rövşən Abdullaoğlu
Əziz kitabsevərlər!🥳
Sizləri "Kitabların İzində" layihəsi çərçivəsində baş tutacaq görüşdə iştirak etməyə dəvət edirik.
❇️Görüşün növbəti qonağı "Bu şəhərdə kimsə yoxdur", "Abaddon" və s. kitablarının yazarı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlu olacaq.🖋️
"İdeyadan fəaliyyətə" programı çərçivəsində fəaliyyət göstərən "Kitabların İzində" layihəsinin məqsədi kitab müzakirələri, gənc yazarlarla görüşlər, bədii kitab səsləndirmələri təşkil edərək kitab oxumağı gənclər arasında vərdiş halına çevirməkdir.
🔹Qeyd edək ki, Education HUB-ın "İdeyadan faəliyyətə" programı Bərdə, Mingəçevir və Lənkəran regionlarında gənc liderlərin yetişdirilməsi və könüllülüyün gücləndirilməsi məqsədilə həyata keçirilir. Program ABŞ-ın Azərbaycandakı səfirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə baş tutur.
📆 11 fevral
⏰ 20:00
📍 ZOOM