Dövlət Satınalmalarında Necə Qalib Gəlmək Olar? - "Master-klass"
"Business Management School" MMC  təşkilatçılığı ilə 30 oktyabr tarixində "Holiday Inn" hotelində "Dövlət Satınalmalarında necə qalib olmaq olar?" mövzusunda master-klass keçiriləcək.
"Masterklas"-da kimlər iştirak edə bilər?
- Dövlət satınalmalarında iddiaçı kimi iştirak edən bütün şirkətlər

"Masterklas"-ın mövzuları:

1. Dövlət Satınalmaları qanunvericiliyi və mərhələləri
- «Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər və satınalma prosedurları üzrə mərhələlərin siyahısı

2. Satınalmanın planlaşdırılması
- Satınalma planının tərtib edilməsi, ehtimal olunan qiymətin müəyyən edilməsi, satınalma metodunun seçilməsi və tender komissiyasının formalaşdırılması

3. İxtisas uyğunluğu proseduru
- İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi

4. Satınalma sənədləri
- Satınalma sənədlərinin hazırlanması , qiymətləndirmə meyarları və iştirak haqqının müəyyən edilməsi

5. Satınalma elanları
- Satınalmanın elan edilməsi və satınalma sənədlərinə dair izahatın verilməsi və onda dəyişikliklərin edilməsi

6. Təkliflərin təqdim edilməsi
- İlkin sənədlərin təqdim edilməsi, təkliflərin təqdim edilməsi və açılması , tender təklifinin təminatı, təklif təqdim edilməsinə dair məsləhətlər

7. Təkliflərin qiymətləndirilməsi
- Təkliflərin qiymətləndirilməsi , təkliflərə dair izahatın alınması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif və təkliflərin kənarlaşdırılması

8. Satınalmanın nəticələri
- Qalibin seçilməsi , icazələrin alınması, müqavilənin imzalanması və satınalmanın baş tutmaması

9. Müqavilənin icrası
- İşlərə başlanılması, müqavilənin icrası və ödəniş , ödəniş şərtləri, müqavilənin yerinə yetirilməsi təminatı, müqavilənin dəyişdirilməsi və müqavilənin tamamlanması və ödəniş

10. Müqavilədə ödəniş şərtləri
- Mallar, xidmətlər və işlərə görə ödəniş, akkreditiv (kredit xətti), avans, avans təminatı, saxlama və icra təminatı

11. Müqavilə iddiaları və mübahisələri
- Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri və iddia üçün tələbləri

12. Satınalmada saxtakarlıq halları
- Saxtakarlıq əlamətləri və qabaqlayıcı tədbirlər

13. Satınalma ilə bağlı şikayətlər
- Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri

14. Elektron satınalmalarda iştirakın əyani təqdimatı

"Master-klass"-ın Spikerləri:

Elşən Həsənov - https://bmschool.az/elsen-hesenov/
Rüstəm Kərimov - https://bmschool.az/rustem-kerimov/

Həmçinin "Master-klass"-a bu sahənin peşəkarlarından spikerlər də dəvət olunacaq. Bu barədə tədbir başlayana kimi Business Management School-un səhifəmizdə məlumatlar paylaşılacaqdır.

"Master-klass"-ın proqramı: ( 30 oktyabr, Holiday Inn Hotel )

09:30 - Qeydiyyat  başlayır.
10:00 - "Master-klass" başlayır.
11:30:12:00 - Çay-kofe fasiləsi
12:00-13:00 - "Master-klass" ın davamı.
13:00-14:00 - Nahar fasiləsi
14:00-15:30 -"Master-klass"-ın davamı.
15:30-16:00 - Çay-kofe fasiləsi
16:00-17:30 - "Master-klass"ın davamı
17:30 -  "Master-klass"ın sonu

"Master-klass"ın ödənişi: 140 AZN

Qeydiyyat üçün son gün: 25 oktyabr

İştirak üçün qeydiyyat mütləqdir.

Qeyd edək ki, tədbirin sonuna kimi iştirak edən hər kəs iştirakçı sertifikatı ilə təltif olunacaq.

"Master-klass"ın təşkilatı dəstəkçiləri.
"Supply Chain Management" MMC, "Supply Chain Community" MMC, "Təchizat, Satınalma,Tender" səhifəsi.
Email *
Ad, Soyad *
Telefon *
İş yeri və vəzifə *
Tədbir haqqında məlumatı haradan əldə etmisiniz? *
"Dövlət satınalmalarında iştirak ilə bağlı sizi hansı suallar maraqlandırır? Hansı mövzuların ətraflı izah edilməsini istəyirsiniz?"   SUAL.1 *
SUAL.2 *
SUAL.3 *
Əlavə təklif və suallarınız
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy