Böhran zamanı uşaqlara psixososial dəstək göstərmək məqsədilə vebinar
Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllim və psixoloqlar üçün böhran zamanı uşaqlara psixososial dəstək göstərmək məqsədilə vebinar keçiriləcəkdir.
4 akademik saatı əhatə edəcək vebinarlarda müəllim və psixoloqlar psixoloji sağlamlıq, psixososial dəstək, səmərəli ünsiyyət, aktiv dinləmə, empatiya, stressin idarə edilməsi və s. barədə məlumatlandırılacaqlar. Eyni zamanda iştirakçılar pandemiyanın uşaqlarda yaratdığı psixososial narahatlıqlar və bu narahatlıqların təlim-tədris prosesinə təsiri, səmərəli ünsiyyət qurmaq və stressli situasiyaları idarə etmək mövzularında müzakirələrə cəlb olunacaq, bu kimi situasiyalarda konkret həll yolları barədə danışlıacaqdır. Vebinar zamanı səmərəli ünsiyyət üçün faydalı məşhur «CARE» üsulu şərh olunacaqdır.
Vebinarda iştirak ödənişsiz və könüllüdür. İştirak etmək üçün aşağıdakı qeydiyyat linkini doldurmaq kifayətdir:

Sign in to Google to save your progress. Learn more
Ad, soyad və ata adınız: *
Vəzifəniz: *
İşlədiyiniz məktəb: *
"Virtual məktəb" platformasındakı istifadəçi adınız (MS Teams elektron poçt ünvanınız) *
Telefon (Whatsapp) nömrəniz: *
Yaşadığınız şəhər (rayon): *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy