Velo-Şəhər: Ekoloji sağlam nəqliyyatın təbliği kampaniyası
Əziz velosiped həvəskarları!

"Sağlam Düşüncə" Gənclər Təşkilatı sizləri 22 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhərində təşkil ediləcək “Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyasının açılış tədbiri olan "Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüşə dəvət edir.

“Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi qəbul edilmiş dövlət proqramına əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat sürməsinin təbliği və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə aparmaqdır.

Tədbirin proqramı:
- Toplanış (Sumqayıt, Heydər Əliyev Mərkəzinin qarşısı)
- Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı
- Yürüş iştirakçılarının layihənin loqosu əks olunmuş köynəklərlə təmin edilməsi
- Yürüşə hazırlıq, sıralanma
- Velo-yürüş (10 KM şəhəriçi marşrut)
- Çay süfrəsi (Sumqayıt Nəsimi Parkı)

***Yürüşdə iştirak ödənişsizdir və iştirak üçün qeydiyyat vacibdir.

Sumqayıt velo-yürüşünün marşrutu və toplaşma nöqtəsi:
Sumqayıt Heydər Əliyev mərkəzinin qarşısı

Son qeydiyyat tairixi: 19.09.2021

Qeydlər:
*** İştirak üçün minimum yaş həddi 16-dır.
*** Yürüşdə iştirak etmək üçün dəbilqənin olması arzuolunandır. Bununla bağlı yardıma ehtiyacınız varsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlayın.


Telefon:  +994558237290
Email:      livehealthy@csyo-az.org


Sign in to Google to save your progress. Learn more
Ad *
Soyad *
Cinsiniz *
Yaşadığınız şəhər *
Mobil *
Email *
Velosiped sürmə bacarığınız (1-5) *
Köynək ölçünüz *
Yürüşdə iştirak üçün dəbilqəniz varmı? (Dəbilqənin olması məcburi deyil, arzuolunandır)
Clear selection
Daha öncə velo yürüşdə iştirak etmisinizmi? *
Velo yürüşdə iştirakımı təsdiq edirəm *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy