Qərbi Kaspi Universitetinə virtual səyahət
“QƏRBİ KASPİ UNİVERSİTETİNƏ VİRTUAL SƏYAHƏT” layihəsi

Qərbi Kaspi Universiteti 8 - 31 may 2021-ci il tarixlərində yuxarı sinif şagirdləri və univesritetlərin sonuncu kurs tələbələri üçün “Qərbi Kaspi Universitetinə virtual səyahət” layihəsinə start verəcək. Layihə hər həftə bir fakültə  üzrə  onlayn formada Microsoft Teams platforması üzərindən həyata keçirilicək. Layihənin keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlıq müddətində ixtisas və universitet seçimi edənlərə dəstək olmaq və eyni zamanda Qərbi Kaspi Universiteti ilə tanış etməkdir. Layihə çərçivəsində virtual infotur müddətində universitetimizin bakalavr və magistr proqramları ilə tanış olacaqsınız və eyni zamanda rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə əməkdaşlarımız tərəfindən sizləri maraqlandıran suallar cavablandırılacaq və gələcək planlarınızda yardımçı olacaq.

Layihəmizə yuxarı sinif şagirdlərini, valideynləri, universitetlərin sonuncu kurs tələbələrini, bir sözlə universitetimizlə maraqlanan hər kəs dəvətlidir. Gələcəkdə təhsil almaq  istədiyiniz universiteti tanımaq və kəşf etmək üçün bu şansı əldən qaçırmayın.

Aşağıdakı sualları cavablandırmaqla qeydiyyatınızı tamamlayın.

 

“Qərbi Kaspi Universitetinə virtual səyahət” layihəsinin tarixləri:

1.      YÜKSƏK TEXNOLOGİYALAR VƏ İNNOVATİV MÜHƏNDİSLİK MƏKTƏBİ – 08.05.2021-Cİ İL, SAAT 16:30

·        Kompüter mühəndisliyi

·        İnformasiya texnologiyaları

·        Cihaz  mühəndisliyi

·        Mexatronika və robototexnika mühəndisliyi

·        Meşəçilik

·        İnformasiya təhlükəsizliyi

·        Mexanika mühəndisliyi

·        Fizika

·        Maşın mühəndisliyi

·        Riyaziyyat

·        Biologiya

·        Su bioehtiyatları və akvakultura

·        Ekologiya

·        Dizayn

 

2.      SİYASİ VƏ İCTİMAİ ELMLƏR MƏKTƏBİ – 17.05.2021-Cİ İL, SAAT 16:30

·        Politologiya

·        Tarix

·        Fəlsəfə

·        Sosial iş

·        Psixologiya

·        Beynəlxalq münasibətlər

·        Regionşünaslıq

 

3.      FİLOLOGİYA VƏ TƏRCÜMƏ MƏKTƏBİ – 24.05.2021-Cİ İL, SAAT 16:30

·        Tərcümə (ingilis, alman, fransız,çin)

·        Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

·        Filologiya (İngilis dili və ədəbiyyatı)

 

4.      İQTİSADİYYAT VƏ BİZNES MƏKTƏBİ – 31.05.2021-Cİ İL, 16:30

·        İqtisadiyyat

·        Maliyyə

·        Menecment

·        Biznesin idarə edilməsi

·        Turizm işinin təşkili

·        Dövlət və bələdiyyə idarəetməsi

·        Mühasibat

·        Marketinq

·        Beynəlxalq ticarət və logistika

Əlavə məlumat üçün əlaqələndirici şəxs: Urfan Muradlı

Əlaqə nömrəsi: 051 475 90 80

Elektron poçt ünvanı: abituriyent@wcu.edu.az 
Sign in to Google to save your progress. Learn more
Email *
Ad, soyad, ata adı *
Elektron poçt ünvanı *
Hansı ixtisas üzrə qəbul imtahanlarına hazırlaşırsız? *
Əlaqə nömrəsi *
Hal-hazırda təhsil aldığınız təhsil müəssisəsi *
Nümunə: Bakı şəhəri №-li tam orta məktəb
Qərbi Kaspi Universiteti haqqında  Sizi maraqlandıran suallarınızı yaza bilərsiniz
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy