Əziz
gənc, əgər sən də ilin son, ancaq ölkədə ilk dəfə baş tutacaq sərginin bir parçası olub, yaddaqalan bir təcrübə yaşamaq və əlaqələrini genişləndirərək bu ili tam fərqli başa vurmaq istəyirsənsə bu
elan sənin üçündür.
“Dəstəkçi”
- Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə 29 dekabr tarixində,
Bakı Gənclər Mərkəzində ölkədə ilk dəfə “1-ci
Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutacaq.
“1-ci
Korporativ Sosial Satınalmalar Sərgisi” - Azərbaycanda faəliyyət
göstərən sosial sahibkarlıq müəssisələri,
eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro, kiçik
və orta sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa
maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsullar daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin
effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən B2B/Korporativ tədbirdir.
Yüzə yaxın fərqli sahə və sektorları əhatə edən mikro, kiçik, orta və böyük bizneslərin bir araya
gəldiyi və ilk dəfə baş tutacaq bu sərgidə mən də olmalıyam deyirsənsə qeydiyyatdan
keçməyə tələs.
Qeyd: Könüllülər rəsmi
möhürlü sertifikat və tövsiyə məktubu ilə təmin olunacaq.
Axtardığımız könüllülər kimlərdir:
- Sosial aktiv, dinamik
- Təşkilati işlərdə bacarığı
olan
- Ünsiyyət qabiliyyəti yüksək
olanlar
Son
müraciət tarixi: 10 dekabr 2022-c il