Kreşendo-Simurq


Əziz yoldaşlar,

PAŞA Bank tərəfindən maliyyələşdirilən “Kreşendo-Simurq” layihəsi “Addım.at” şəxsi-inkişaf proqramı və “İş marafonu” karyera planlaşdırılması proqramından yararlanmaq istəyən Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi zaman şəhid və ya qazi olan şəxslərin 16-30 yaş aralığındakı övladları, bacı-qardaşları və digər I dərəcəli ailə üzvlərinin qəbulunu açıq elan edir!


Qeyd edək ki, yalnız 100 nəfərin iştirak haqqı qazanacağı layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

1. “Addım.at” şəxsi-inkişaf proqramı:

- Layihənin əvvəlində iştirakçılar 100 günün sonunda əldə etmək istədikləri hədəfləri müəyyənləşdirirlər (mentorun köməyi ilə);
- Hədəflərə çatmaq üçün gündəlik izləyəcəkləri fəaliyyət planı hazırlayırlar;
- Hər iştirakçının həftəlik görüşlərə qatıldığı fərdi mentoru var;
- İştirakçılar hədəflərinə çatmaq üçün istifadə edəcəkləri alətlərdən bəhs edən həftəlik məktublar alırlar;
- Bu müddət ərzində hər bir iştirakçının öz naliyyət və çətinliklərini paylaşa biləcəyi ümumi sosial media qrupu, həmçinin rəsmi hesabat cədvəli istifadə olunur;
- Porqramın effektivliyinin artırılması üçün hər həftə müxtəlif təlimlər, qrup işləri, səfərlər və s. təşkil olunur.

2.  “İş marafonu” karyera planlaşdırılması proqramı - “Düzgün CV hazırlanması”, “Müsahibəyə düzgün hazırlıq”, “Motivasiya məktubunun yazılması”, “E-məktubların yazılması”, “Ünsiyyət bacarıqları”, “Əmək bazarının tələbləri” mövzularında təlimlər, həmçinin karyera məsləhətçiləri tərəfindən fərdi konsultasiyaların həyata keçirilməsindən ibarətdir.


Layihənin bütün mərhələləri onlayn şəkildə həyata keçiriləcəyi üçün ölkənin istənilən bölgəsindən şəxslərin müraciəti qəbul edilir.

Sign in to Google to save your progress. Learn more
Ad və soyad *
E-poçt ünvanı *
Əlaqə nömrəsi *
Yaş *
Şəhid və ya qazinin adı, soyadı *
Şəhadət ilini qeyd edin, zəhmət olmasa *
Qohumluq dərəcəniz haqda məlumatı qeyd edin *
Yaşadığınız şəhər və ya rayon *
İxtisasınız və cari işiniz *
Kreşendo-Simurq layihəsi vasitəsi ilə hansı məqsədlərinizə çatmaq istəyirsiniz? *
Proqramların sizə nə kimi fayda verəcəyini düşünürsünüz? *
Daha öncə bənzər layihədə iştirak etmisinizmi? *
Görüşlərə qoşulmaq üçün internet məhdudiyyətiniz varmı? *
Əlavə qeydlər
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy