Koronavirus infeksiyasının (COVİD-19) ali təhsilin təşkilinə təsirlərinə həsr edilmiş sorğu (Professor-müəllim heyəti arasında)
Azərbaycan Respublikasının Təhsil İnstitutu koronavirus infeksiyasının (COVİD-19) ali təhsil sisteminə olan təsirini, yaranmış vəziyyətin idarə edilməsində professor-müəllim heyətinin rolunun öyrənilməsi məqsədilə sorğu keçirir. Sorğunun nəticələri müvafiq hesabatın tərtib olunması üçün istifadə ediləcəkdir.
Qeyd: Sorğuda şəxsi məlumatların göstərilməsi tələbinə rəğmən, respondentlərin anonimliyi təmin ediləcəkdir.