"Toxum School Regions" - Lənkəran
Əziz LƏNKƏRAN-lılar, “Toxum School Regions” görüşünüzə gəlir!

Toxum.org platforması Lənkəran şəhərində yaşayan və ideyalarla zəngin, öz layihələrini həyata keçirmək istəyən şəxslər üçün “Toxum School Regions - Lənkəran” təlimini təqdim edir.

4 regionda keçirilməsi planlanan "Toxum School Regions" dördüncü  və son səfərini Lənkəran şəhərinə edir.
Təlimlər “Gənclərin Karyera və İnkişaf Mərkəzi" -nin tərəfdaşlığı və dəstəyi ilə həyata keçirilir.
İdeyalarınıza həyat vermək istəyir, amma onları reallaşdırmaq üçün haradan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür!

Təlimin proqramı:
1. Biznes, sahibkarlıq və sosial sahibkarlıq anlayışları;
2. Sosial sahibkarlıqda dəyər təklifi;
3. Sosial sahibkarlıq və sosial təsirin ölçməsi;
4. Sosial sahibkarlar üçün yerli və xarici imkanlar;
5. Sosial biznesdə genişləndirmə strateqiyası;
6. Layihələrin hazırlanması;
7. Kraudfandinq nədir?
8. Kraudfandinqin tarixi və əhəmiyyəti
9. Kraudfandinq maliyyələşmə üsulu kimi
10. Kraudfandinqin formaları və onların tətbiqinin müsbət/mənfi cəhətləri
11. Kampaniyanın aparılmasının nəzəri və praktiki tərəfləri
12. Hər üç mövzunun kəsişməsində: Öz arzunu işıqlandırmaq üçün ilk addım

Təlimçilər:
- Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi.
- Kamran Cəbrayılov - Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi.
- Toğrul İsmayılov - Toxum.org platformasının həmtəsisçisi.

Təlimdən qazanacaqlarınız:
-İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraudfandinq (Kütləvi maliyyələşmə) və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
- Sosial sahibkarlıq ilə cəmiyyətdəki sosial problemləri necə dayanıqlı və davamlı şəkildə həll edə biləcəyinizi öyrənəcəksiniz.
-Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kraudfandinq kampaniyası aparmağa hazırlıqlı olacaqsınız.
-Bu təlim layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
-Təlimdən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz.
Təlimdə iştirak etmək üçün tələblər:
1. Yaş 18-dən böyük olmalı;
2. Müəyyən sosial və sosial sahibkarlıq ideyasına sahib olmalı;
Təlim 18  iyul tarixində 10:00-17:00, 19 iyul tarixində isə 10:00-14:00 saatları arasında baş tutacaq.
Qeydiyyatdan keçmək üçün tələsin !

Qeydiyyat üçün son tarix: 14.07.2021
Sign in to Google to save your progress. Learn more
Adınız və Soyadınız *
Doğum tarixiniz *
MM
/
DD
/
YYYY
Mobil nömrəniz *
İş yeriniz və ya təhsil aldığınız müəssisə *
Elektron poçt ünvanınız *
Layihəyə qatılmaqda məqsədiniz nədir? *
Yuxarıda göstərilən təlim mövzularından hansı ilə tanışsınız? *
Ağlınızda olan hər hansı bir layihə ideyanız varmı? *
İdeyanızı qısa şəkildə necə təsvir edə bilərsiniz?(minimum 50 söz) *
Bu ideya üçün indiyə qədər hansı işləri görmüsünüz? *
Son olaraq, layihə barədə məlumatı haradan almısınız? *
Seçimlər barədə nəticələr elektron poçt ünvanınıza göndəriləcək.                             Layihəyə göstərdiyiniz maraq və qeydiyyat formunda iştirakınız üçün təşəkkür edirik!
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of BIZKAMP. Report Abuse