SS medalının iki üzü!
Salam, Əziz Dostlar.

Ümid edirik ki, tətiliniz gözəl keçir. 
Tətil vaxtınızı həm də səmərəli keçirmək üçün Sosial Biznes Gənclər Mərkəzi olaraq tədbirlər təşkil etməyə davam edirik. 

Bu səfər sizi Azərbaycanda artıq bir ilə yaxındır ki, fəaliyyət göstərən "Ooh La La" anticafe sosial biznes keysi ilə tanış edib, onun təsisçisi Taleh Şirinov ilə təşkil olunan tədbirə dəvət edirik!
_____________________

Tarix: 27 İyul, 11.00
Mövzu: "Sosial sahibkarlıq medalının iki üzü"
Məkan: Ooh La La Anticafe (Zərifə əliyeva küç. 53, Mərkəzi Muzeyin arxa tərəfi)
Müddət: 2 saat 
Dil: Azərbaycan dili
____________________​_

Ooh La La Anticafe

"Ooh La La" fərqli konsepsiyada düşünülmüş, retro tərzdə dizayn edilmiş balaca bir antikafe&butikdən ibarət sosial-biznes layihəsidir. Dekoru, musiqisi, və s. xüsusiyyətləri ilə 30-cu illər Parisini və "art nouveau" üslubunu özündə əks etdirən bir məkandır. 

Bu layihəyə eyni zamanda atelyenin fəaliyyəti də daxildir. Bu, o deməkdir ki, xanımlar burada istirahət etməklə yanaşı özlərinə həm də geyim seçə və ya sifariş edə bilərlər.
____________________​_

Tədbirdə müzakirə olunacaq:
- Adamın olmasa biznez qura bilməzsən
- Biznes adamının silahı
- Sevdiyin işi gör
- Velosiped
- Qar topu
_____________________

Uğur qazanmış sosial biznesin hekayəsini dinləyərək, Siz həmçinin kafedə mövcud olan şirniyyatların dadına da baxa bilərsiniz.
*Tədbir interaktiv şəkildə keçəcək və tədbir zamanı foto və videoçəkiliş aparılacaq.

İştirak Ödənişsizdir.
Yerlərin sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün son tarix: 26 İyul, 23.30
_____________________

Təşkilatçılar haqqında:

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin - əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial bizneslərini yaratmaqda lazımi dəstəyi göstərməkdir.

"Ooh La La" - layihənin əsas məqsədi qadınlara onların sosial həyatında dəstək olmaqdır. Ooh la la bunu həm əyləncə ilə, həm də müxtəlif maarifləndirici tədbirlər keçirməklə edir. 
_____________________
Ətraflı məlumat almaq üçün qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Əlaqə nömrələri:
+994 (50) 726-39-03
Elektron ünvan:
sbyc.azerbaijan@gmail.com
Facebook page:
Ooh La La Anticafe
Social Business Youth Center
Facebook group:
Social Business Youth Center-Azerbaijan
_____________________
Hörmətlə,
Sosial Biznes Gənclər Mərkəzi!
Sign in to Google to save your progress. Learn more
Email *
Ad və Soyad: *
Məşğuliyyətiniz: *
Əlaqə nömrəsi: *
Bu tədbirdə niyə iştirak etmək istəyirsiniz? *
Sosial sahibkarlıq sizin üçün nədir? *
Təlimçiyə ünvanlamaq istədiyiniz suallar: *
Bu tədbir haqqında haradan məlumat aldınız? *
Required
Bizə demək istədikləriniz:
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy