Plastiksiz dünyaya doğru bir yol - Vebinar
“Plastiksiz dünyaya doğru bir yol” adlı vebinar plastikin ətraf mühitə mənfi təsirləri haqqında, eləcə də plastik qablaşdırmanın tarixi və istifadəsi haqqında məlumatlılıq yaradacaq. Bununla yanaşı plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasının əhəmiyyəti haqqında bəhs ediləcəkdir.

Təlimçimiz ekoturizm mütəxəssisi - Tural Ömərovdur. Tural Ömərov Şotlandiyanın Edinburq Universitetində Ekoturizm və Vəhşi Təbiətin Mühafizəsi üzrə magistr təhsili almışdır. Hazırda İsveçin Uppsala Universitetində Destinasiyaların Dayanıqlı İnkişafı üzrə magistr proqramında təhsil alır. O, 2014-2019-cu illərdə ekoturizm agentliyi kimi fəaliyyət göstərən “Campaign Azerbaijan” təşkilatının direktoru vəzifəsində çalışmışdır. 2021-ci il yanvar ayından sentyabr ayınadək Azərbaycan Turizm Bürosunda ekoturizm mütəxəssisi vəzifəsində çalışmışdır.

Vebinar aşağıdakı hissələr üzrə mövzuları əhatə edəcəkdir:
1. Plastiklər: tarixi, istifadəsi və təsirləri;
2. Dünya okeanı və plastik;
3. Dünyada və Azərbaycanda plastik qablaşdırma tullantılarının aqibəti;
4. Plastikdən imtina: biz nə edə bilərik?


Tədbir onlayn formatda “Zoom” platforması üzərindən baş tutacaqdır. Keçid linki qeydiyyatdan keçmiş şəxslərə tədbirdən bir gün öncə göndəriləcəkdir.
Tədbir Sweden Students & Alumni Network Azerbaijan təşkilatının “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaqdır. Tədbirdə iştirak hər kəs üçün açıdqıdır.

Tədbirin vaxtı: 23 oktyabr 2021-ci il, saat 11:00 (Bakı vaxtı ilə)

Tədbir Sweden Students & Alumni Network Azerbaijan tərəfindən təşkil edilmişdir.

Plastik qablaşdırmalardan istifadənin azaldılması üçün bizə qoşulun!

Hər birinizi görmək ümidi ilə!

Sign in to Google to save your progress. Learn more
Ad / Soyad *
E-poçt (E-mail) *
Hər hansı qeydiniz varsa, aşağıda yazın:
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy