ACT Azerbaijan - call center\operator vakansiyası
Telefon sorğusu üçün operator vakansiyamız mövcuddur. 

Sizin üçün maraqlı olacaq sualları və cavablarını bir araya topladıq. ACT Azərbaycan ailəsinin bir üzvü olmağınıza ümid edir və uğurlar arzulayırıq!

Şirkət barədə:   
ACT (Analysis & Consulting Team / Analiz və konsultasiya heyəti) –Gürcüstan, Azərbaycan və Qazaxıstanda ofisləri olan keçmiş Sovet, eləcə də Şərqi Avropa ölkələrində fəaliyyət göstərən qlobal tədqiqat və konsultasiya şirkətidir. 

Mənim işim nədən ibarət olacaq? 
Qida əlavələri haqqında insanların fikirlərinin öyrənilməsi (satış deyil) üçün  telefon sorğusu keçirəcəksiniz. Sizə planşet, telefon və nömrələr təqdim olunacaq. 

İş müddəti nə qədərdir?
Şirkətdə müxtəlif layihələr mövcuddur. Vakansiya elan etdiyimiz layihənin müddəti 1 ay təşkil edəcəkdir. İşində məsuliyyətli, insanlarla kommunikasiyası güclü olan şəxslərin daimi olaraq əksər layihələrdə çalışmasına şərait yaradılacaq.

İş saatları nə qədərdir?

11:00 - 19:00. Part-time işləmək istəyənlər üçün şərait yaradılacaqdır.

Bu iş mənə nə qazandıracaq?

İnsanlarla kommunikasiya bacarığınız inkişaf edəcək, nitqiniz təkmilləşəcək, layihə müddətində yeni dostlar,əməkdaşlıqlar qazanacaqsınız. Layihədə iştirakını uğurla bitirmiş şəxslər arzuladıqları təqdirdə sertifikat ilə təmin olunacaqdır. Qeyd edək ki, şirkətdə eyni zamanda bir neçə layihə olduğundan digər paralel davam edən və ya növbəti layihələrdə işləmək üçün şərait yaradıla bilər.

Bu layihədən nə qədər qazana bilərəm?        
                       
İşləyəcəyiniz müddətdən və bacarığınızdan asılıdır. Ortalama sorğu müddəti 20 dəqiqədir və bir gün ərzində təqribən 15-20 manatlıq anket işləmək olar. Ödənişlər proyekt bitdikdən sonra sorğunun düzgün götürülməsi yoxlanıldıqdan sonra ödəniləcəkdir.

Əlavə sual yaranarsa, aşağıdakı əlaqə məlumatlarından istifadə edə bilərsiniz:

Whatsapp:  +994775692125
Zəng: +994775692125

Sign in to Google to save your progress. Learn more
Ad və soyadınız *
Yaşınız *
Yaşadığınız şəhər *
Əlaqə nömrəsi *
Təhsiliniz *
Fəaliyyətiniz *
İş yeriniz / vəzifəniz (əgər varsa)
Bu vakansiyaya hansı sosial platformadan müraciət etmisiniz?
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy