2020 - 2021-ci il şəhər təşəbbüslərinin inkişafı üzrə beynəlxalq proqramın qəbulu açıqdır SUP: "School of Urban Pioneers" «Şəhər Pionerlər Məktəbi»
SUP: "School of Urban Pioneers"«Şəhər Pionerlər Məktəbi»

Şəhərin daha rahat və maraqlı olmasına dair fikirləriniz var?
Yoxsa öz layihənizi artıq həyata keçirirsiniz?
Şəhərinizdə, bölgənizdə və ya xaricdə həmfikir insanlar tapmaq istəyirsiniz?
O zaman Urban Pioneers School SUP müraciətinizi gözləyir!

SUP alışdığımız "məktəb" müəssəsi deyil. Bu, həm özünü inkişaf etdirmək
üçün həm də dəyişən şəhərlər haqqında bilik və bacarıqların artırılması üçün
yaradılan bir platformadır. SUP bizə şəhər haqqında mütaliə etmək, həmfikir tapmaq
və eləcə də bu şəhərdə bizim varlığımız haqqında mühakimə imkanları
təqdim edir.

Proqramın müddəti: İyun 2021

SUP’un məqsədləri:
- Şəhərşünaslıq, sosial təşəbbüskarlıq və şəhərlə əlaqəli təşəbbüslər
sahəsində peşəkar bacarıqların formalaşdırılması
- Fəallara və gənc mütəxəssislərə şəhərlə əlaqəli təşəbbüslərdə məsləhət və
dəstəyin təmin edilməsi
- Proqram iştirakçıları arasında təcrübə mübadiləsi
- Regional və beynəlxalq əlaqələrin gücləndirilməsi

SUP kim üçündür?
- 18 yaşdan yuxarı
- Bakı və Sumqayıt şəhər sakinləri üçün
- Həm şəhər mühitinin maarifləndirilməsini təmin etmək həm də şəhər və
bölgənin davamlı inkişafı haqqında bilik əldə etmək istəyənlər üçün
- Şəhər mühitində keçiriləcək layihələrdə işləmək istəyənlər və həmfikir
insanlarla təcrübə mübadiləsi etmək istəyənlər üçün
- Biliklərini praktikada tətbiq etmək istəyən, urbanistika sahəsində tədqiqatlar aparanlar üçün
- Sosial və mədəni layihələr, sənət sahəsindəki tədbirlər, yaşıllaşdırma,
icmaların və şəhər muhitinin inkişafı sahəsində işləyən təşəbbüskarlar və
şəhər dəyişiklərində fəal olan iştirakçılar üçün:


SUP nə verir?
- Qeyri-standart təhsil proqramında onlayn və oflayn iştirak: 10 ay
müddətində mühazirələr, seminarlar, master-klasslar və digər formatlarda
tədris. (Şəhər xaricindən gələn seminar iştirakçıları üçün
səyahət və yaşayış ödənişi təmin edilir)
- Şəhərsalma və sosial dizayn sahəsində təcrübəli rus və avropalı
mütəxəssislərdən məsləhət və seminarlar
- Səlahiyyətli şəxslər və biznes sahibkarları ilə ünsiyyət barəsində təlim
materialları və onlayn kurslar
- Peşəkar inkişaf, layihə işləri üzrə dəstək üçün təlim materialları və onlayn
kurslar
- Rusiya, Azərbaycan, Gürcüstan və Almaniyadan həmfikirlərlə bilik və
təcrübə mübadiləsi
- Azərbaycanda keçiriləcək Yay Məktəbində (yay 2021) iştirak etmək imkanı və bu sahədə işləməyə davam etmək istəyən seçilmiş iştirakçılarin Almaniyaya təhsil gəzintisinə (payız 2021) getmə imkanı
- Öz şəhər layihənizin və ya tədbirinizin həyata keçirilməsi üçün məsləhətlər,
konsultasiyalar və maddi dəstəklər


Sizdən nə gözlənilir?
-"SUP" məktəbinin tədbirlərində müntəzəm iştirak (ayda 1-3 gün)
- məsuliyyətli münasibət
- dialoqa hazırlıq
- şəhəri daha da yaxşılaşdırmaq arzusu

SUP-də necə iştirak etmək olar?
- Müraciət formunu doldurun
 Nəticələri elektron poçt vasitəsi ilə sizə bildiriləcək

SUP-un təşkilatçılığı və onun mütəxəssisləri:
Təhsil proqramı Berlindəki Müstəqil Sosial Araşdırmalar Mərkəzi (CISR e.V.) tərəfindən həyata keçirilir:
Elena Stein (Berlin), Lilia Voronkova (Sankt-Peterburq / Berlin), Oleg Pachenkov (Sankt-Peterburq / Berlin)

Koordinatorlarla əməkdaşlıq:
Leyli Qafarova (Bakı və Sumqayıt)
Anastasiya Puşkaryova (Volqoqrad və Volqoqrad vilayəti)
İnna Popova (Celyabinsk və Celyabinsk vilayəti)

Məktəb işlərində rus, alman və azərbaycanlı mütəxəssislər cəlb ediləcəkdir

Proqramda iştirak pulsuzdur.

Əlavə suallarınızı koordinatorlara verə bilərsiniz: Leyli Gafarova & İlqar Aydın
email: salaam.cinemabaku@gmail.com
Sign in to Google to save your progress. Learn more
Email *
Adınız *
Soyadınız *
Cinsiniz *
Doğum tarixi *
MM
/
DD
/
YYYY
Yaşadığınız şəhər / rayon *
Əlaqə nömrəniz *
FB / VK / Instagram hesabı (istəyə görə)
İş yeriniz *
Maraq sahəsi *
 Bu proqramda iştirak etmək məqsədiniz? (250 söz) *
Şəhərinizdə nəyi dəyişdirmək istərdiniz və niyə? (100 - 200 söz) *
Şəhər inkişafındakı təcrübənizi qısaca təsvir edin (200 söz) *
Mütəxəssislərdən və digər iştirakçılardan Proqram haqqında nə öyrənmək istərdiniz? *
Bu Proqramın digər iştirakçıları ilə nə bölüşə bilərsiniz və özünüz nə ala bilərsiniz? (fikirlər / biliklər / təcrübə və s.)? *
Submit
Clear form
Never submit passwords through Google Forms.
reCAPTCHA
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy