Əməkdaşlıq üçün müraciət anketi
Məlumat üçün bildirmək istərdik ki, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş səriştələrin tanınması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.

Sözügedən fəaliyyətə uyğun olaraq, Agentlik tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması məqsədilə qiymətləndirmə və tanınma prosesi təşkil olunur. İmtahan nəticələri qənaətbəxş olaraq qiymətləndirilən müraciətçilərə Agentlik tərəfindən müvafiq olaraq sertifikat və ya diplom təqdim edilir. Qiymətləndirmə və tanınma prosesinin həyata keçirilməsi üçün maraqlı tərəflərə (dövlət və özəl sektoru təmsil edən işəgötürənləri) əməkdaşlıq imkanı təklif edirik!

Əlavə sualınız yarandığı halda qfitt@tkta.edu.az elektron poçtuna sorğu göndərməyiniz xahiş olunur.
Müəssisənin hüquqi adı
*
Sorğunun doldurulmasında iştirak edən məsul şəxsin A.S.A., vəzifəsi və əlaqə nömrəsi *
Müəssisənizin fəaliyyət istiqamətləri əsas hansı peşə təhsili üzrə sahələri əhatə edir?
Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştələrin qiymətləndirilməsi və tanınması və onlara peşə ixtisasın təsdiq edən sənədin verilməsi "Qaydası" ilə tanışsınızmı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-cil il tarixli 279 №-li qərarı ilə təsdiq edilmiş Qayda)?
*
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə hansı istiqamətdə əməkdaşlıq etmək istərdiniz?
Bizimlə əməkdaşlıqdan gözlənitləriniz nələrdir?
*
Əlavə rəy və ya təklif
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy