1-ci Korporativ Sosial Satınalmalar Sərgisi 

"1-ci Korporativ Sosial Satınalmalar Sərgisi"    -    Azərbaycanda faəliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən  mikro və kiçik sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsul və xidmətləri daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.

Əgər siz də öz məhsul və xidmətlərinizi korporativ müştərilərə - şirkətlərə satmaq və B2B-yeni satış kanalı yaratmaq istəyirsinizsə, bu fürsət məhz  sizin üçündür. Ölkəmizin öndə gedən orta və böyük korporativ şirkətlərin ziyarət edəcəyi bu sərgidə yerinizi almaq istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin. Çünki yerlər məhdud saydadır. 

Tarix: 

 -   29 dekabr 2022-ci il 

Məkan: 

 -   Bakı Gənclər Mərkəzi


Qeyd1: Sərgidə aşağıdakı  kateqoriyalardan iştirakçılar qatıla biləcək

  • Sosial bizneslər 
  • Eko,  etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektləri 
  • Organik , sağlam məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektləri 

Qeyd2: 
  • Sərgidə iştirak haqqı 60 AZN təşkil edir. 

Qeyd3:
  •  Sərgi B2B  xarakter daşıdığı üçün, yəni sərgi ziyarətçiləri fiziki şəxslər  yox,  bizneslər, korporativ şirkətlər olduğu üçün sərgidə  satış yox (şirkət nümayəndələri özləri üçün almaq istəsələr məhsulları ala bilərlər ona məhdudiyyət yoxdur)  məhsul və xidmətlərin təqdimatı olacaq. Sərginin məqsədi sizin korporativ satışlar etməyinizi mümkün etmək üçün məhsul və xidmətlərinizi korporativ şirkətlərə tanıtmaqdır. 

Sign in to Google to save your progress. Learn more
Adınız?  *
Soyadınız? *
Vəzifəniz?  *
Email ünvanınız?  *
Əlaqə nömrəniz? (Votsap aktiv olan)  *
Biznesinizin/brendinizin adı?  *
Biznesinizin aid olduğu sahə?  *
Hansı məhsul və ya  xidmətlər təklif edirsiniz?  *
Bu günə kimi  B2B/ Korporativ (yəni şirkətlərə)satış etmisiniz? Etmisinizsə hansı sahə üzrə  şirkətlərə? 

*
Sərgidə hansı sahələrdən şirkətləri görmək istiyərdiniz? (Həm sahə adı çəkə bilərsiniz, həm də konkret görmək istədiyiniz spesifik şirkət adlarını qeyd edə bilərsiniz)   *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy