"Kitabların İzində" Şəmil Sadiq
Əziz kitabsevərlər!🥳
Sizləri "Kitabların İzində" layihəsi çərçivəsində baş tutacaq görüşdə iştirak etməyə dəvət edirik.
❇️Görüşümüzün növbəti qonağı "Hədəf Şirkətlər qrupu"nun baş direktoru, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq olacaq.🖋️
"İdeyadan fəaliyyətə" programı çərçivəsində fəaliyyət göstərən "Kitabların İzində" layihəsinin məqsədi kitab müzakirələri, gənc yazarlarla görüşlər, bədii kitab səsləndirmələri təşkil edərək kitab oxumağı gənclər arasında vərdiş halına çevirməkdir.
🔹Qeyd edək ki, Education HUB-ın "İdeyadan faəliyyətə" programı Bərdə, Mingəçevir və Lənkəran regionlarında gənc liderlərin yetişdirilməsi və könüllülüyün gücləndirilməsi məqsədilə həyata keçirilir. Program ABŞ-ın Azərbaycandakı səfirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə baş tutur.
📆 2 fevral
⏰ 19:00
📍 ZOOM