Qeydiyyat: UDB təlimi

Dünyanın hər yerindən olan LGBTQİ+ hüquq müdafiəçiələri illərdir ki, ictimai vəkillik aləti olaraq Universal Dövri Baxış (UDB)* mexanizmindən istifadə edirlər. Niyə də biz də ölkədə qarşılaşdığımız ayrı-seçkiliklərin beynəlxalq arenada işıqlandırılmasını təmin edib, həllini tələb etməyək?

Təlim UDB vəkilliyi ilə məşğul olarkən fəallarının potensialını artırmaq məqsədi daşıyır. Bu, həm yerli, həm də beynəlxalq məkanlarda vəkillik bacarıqlarınızı təkmilləşdirməyə kömək edəcək.

Təlimin əsasını müxtəlif mərhələlərinin hər birində UDB-dan seksual oriyentasiya, gender identifikasiyası və cinsi xarakteristikalar kontekstində necə istifadə etmək barədə bir sıra tövsiyələr və məsləhətlər təşkil edir. Bununla yanaşı, yazılı reportun necə tərtib ediləcəyi, prosesdə istifadə olunan akronimlərin izahı, son təhvil tarixlərinə nəzarət etməyin və strategiyaların işlənib hazırlanması yolları, uğurlu vəkilliyin necə aparılmasına dair ideyalar və ölkəyə verilən tövsiyələrə əməl etməyin nümunələri haqqında məlumatlar veriləcək.

📌 Təlimçi: Azad Bəxti, transfeminist aktivist
📆 Tarix: 22 iyul, 2023
⌛️ Saat: 12:00-17:00
📍 Seçilmiş iştirakçılara məkan barədə məlumat veriləcək

*Universal Dövri Baxış (Universal Periodic Review) İnsan Hüquqları Şurasının Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətin insan hüquqlarının vəziyyətini monitorinq edən və təkmilləşdirməyə çalışan mexanizmidir. Hər bir üzv dövlət hər beş ildən bir insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq üçün nəzərdən keçirilir və tövsiyələr alır.

Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy