“Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin seçim mərhələsinə start verilib.

Layihənin məqsədi “Google for education level 1” platforması üzrə yeni bilik və bacarıqlar öyrətməklə rəqəmsal müəllimlərin yeni tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal vətəndaşlığı inkişaf etdirmək və gələcəkdəki qayıdış zamanı həmin ərazilərdə inşa olunan ağıllı məktəblərə inteqrasiya prosesinin sürətləndirilməsinə yardımçı olmaqdır.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Müəyyən olunmuş kriteriyalara uyğun iştirakçılar müsahibəyə cəlb olunacaqlar. Müsahibədən uğurla keçmiş 80 məktəbdən 160 iştirakçı seçilərək təlimlərə dəvət olunacaqdır.

Qarabağ Regional Təhsil İdarəsinin 8 rayonu üzrə 160 nəfər seçilmiş müəllim öz məktəblərində 15 müəllimə təlimlərdə öyrəndiklərini mentorluq edərək “Gənc müəllim” platforması vasitəsilə öyrədəcəklər. Həmçinin təlimlərin sonunda “Gənc müəllim” platforması üzərində qiymətləndirmə testini bitirərək sertifikat əldə edə biləcəklər. Bununla yanaşı beynəlxalq dərəcəli sertifikat əldə etmək üçün Google üzərindən imtahan verməklə əldə etmək imkanı olacaqdır.

Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edəcək. 

KİMLƏR İŞTİRAK EDƏ BİLƏR

• Hazırda ümumtəhsil müəssisələrində və universitetlərdə müəllim kimi 3 il pedaqoji təcrübəsi olan;

• Mentorluq fəaliyyətinə marağı olan və özünü bu istiqamətdə inkişaf etdirmək istəyən;

• WEB 2 alətlərindən istifadə bacarığı olan (burda hansı alətlərin olması nümunə kimi qeyd edilməlidir.);

• Onlayn platformalardan effektiv istifadə etməyi bacaran (MS Teams, G-suite, Zoom, Skype);

• Öz təcrübəsini, vaxtını digər həmkarının peşəkar inkişafı üçün bölüşməyə hazır olan;

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.


Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edəcək. 


Sign in to Google to save your progress. Learn more
Ad *
Soyad *
Ata adınız
*
Doğum tarixiniz
*
MM
/
DD
/
YYYY
Əlaqə nömrəniz 
*
Whatsapp nömrəniz
*
Elektron poçt ünvanınız
*
Facebook linkiniz *
Çalışdığınız şəhərin / rayonun adı
*
Çalışdığınız məktəbin adı
*
Təhsiliniz
*
Təhsil aldığınız universitetin / kollecin adı
*
İxtisasınız / tədris etdiyiniz fənn / vəzifəniz
*
Pedaqoji stajınız
*
Ofis proqramlarını hansı səviyyədə bilirsiniz?
*
Əla
Orta
Zəif
Word
Excel
Power Point
Əlavə dil bilikləriniz (bilik dərəcəniz: əla, orta, zəif)
*
Əla
Orta
Zəif
İngilis dili
Rus dil
Təlimdə iştirak etməyinizin məqsədini geniş qeyd edin.
*
Məktəbimdə müəllimlərə təlim keçməyə razıyam
*
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzvsünüz?
*
Təlimlərdə iştirak etməyə raziyam
*
Fövqəladə halda əlaqə saxlanılacaq şəxs və əlaqə vasitəsi ( ailə üzvləri, dost və s.)
Bütün məlumatlarla tanış oldum.
*
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy