ÖSD Bakı
Online qeydiyyatdan keçdikdən sonra ödəniş üçün Mərkəzimizə yaxınlaşıb ödəniş edərək qeydiyyatınızı təsdiqləməyiniz mütləqdir.

Sign in to Google to save your progress. Learn more
İmtahan Tarixini Seçin *
DİQQƏT ! ! !    Qeydiyyat tarixindən öncə və ya sonra sistemdə qeydiyyatdan keçmək olmaz.
Bu sənədi imzalamaqla siz aşağıdakı şərtlərlə tanış olduğunuzu və bu şərtlərə riayət edəcəyinizi bildirirsiniz.                                                                               
1. ÖSD imtahanlarına qatılmaq istəyən şəxs (bundan sonra namizəd) mütləq qaydada Beynəlxalq Dil Mərkəzinə aşağıda göstərilmiş sənədləri və məlumatları təqdim etməli və bu məlumatların ÖSD tərəfindən işlənilməsinə razılıq bildirməlidir: 
a. Şəxsiyyət vəsiqəsinin və ya xarici pasportun iki nüsxəsi 
b. Şəxsi elektron poçt ünvanı (E-Mail) 
c. Şəxsi mobil nömrə 
d. ÖSD imtahanına təkrar qatıldıqda əvvəlki ÖSD sertifikatının bir nüsxəsi 
e. Müəyyən olunmuş rüsum (burada məbləğ imtahan səviyyəsinə, imtahan hissəsinə və namizədin BDM tələbəsi olub olmamasına görə dəyişir) 
2. ÖSD imtahanını uğurla keçmiş imtahan iştirakçısı 6 həftə ərzində ÖSD sertifikatı əldə edir. Bu sertifikat müddətsiz olaraq verilir. 
3. ÖSD imtahanının bir hissəsini uğurla keçmiş imtahan iştirakçısı 6 həftə ərzində həmin hissə üzrə ÖSD sertifikatı əldə edir. Sertifikatını tamamlamaq üçün iştirakçı bir il ərzində BDM mərkəzində kəsildiyi hissəni yenidən vermək imkanı qazanır. Bir ildən sonra müəyyən hissə üçün verilmiş sertifikat qüvvədən düşür. ÖSD imtahanlarının hissələrə bölünməsi aşağıda göstərilmiş qaydada aparlılır: 
A1 = yazılı hissə (LESEN, HÖREN,SCHREIBEN) + şifahi hissə (SPRECHEN)
A2 = yazılı hissə (LESEN, HÖREN,SCHREIBEN) + şifahi hissə (SPRECHEN)
B1 = oxu (LESEN) + dinləmə (HÖREN) + yazı (SCHREIBEN) + şifahi hissə (SPRECHEN) 
B2 = yazılı hissə (LESEN, HÖREN,SCHREIBEN) + şifahi hissə (SPRECHEN)
C1 = yazılı hissə (LESEN, HÖREN,SCHREIBEN) + şifahi hissə (SPRECHEN)
C2 = oxu (LESEN) + dinləmə (HÖREN) + yazı (SCHREIBEN) + şifahi hissə (SPRECHEN) 
4. İmtahan iştirakçısı hər hansı bir səbəbdən əldə etmiş ÖSD sertifikatını itirdikdə həmin sertifikatın dublikatını 5 il ərzində tələb edə bilər. Bunun üçün o polis məntəqəsindən sertifikatın itməsinə dair arayış almalı, həmin arayışı BDM mərkəzinə təqdim etməli və 25 Avro cərimə ödəməlidir. 
5. Qeydiyyat tarixinin bitməsindən öncə imtahanda iştirak etməkdən imtina edən namizədin ödədiyi rüsum bütövlükdə geri qaytarılır. 
6. Qeydiyyat tarixinin bitməsindən sonra imtahanda iştirak etməkdən imtina edən namizədin ödədiyi rüsum geri qaytarılmır. İmtahan otağına daxil olub imtahanda iştirak etməkdən imtina edən namizəd imtahandan kəsilmiş hesab edilir.
7. İmtahan zamanı imtahan qaydalarını pozan şəxs nəzarətçi tərəfindən imtahandan uzaqlaşdırılır və onun imtahan üçün ödədiyi rüsum geri qaytarılmır.İmtahan qaydalarının pozuntusuna aşağıdakılar aiddir:
a. qeydiyyatdan keçmiş namizədin əvəzinə başqa şəxs imtahan verməyə cəhd etdikdə. Belə halda həm qeydiyyatdan keçmiş namizəd, həm də onun əvəzinə imtahan vermək istəyən şəxs birdaha ÖSD imtahanına buraxılmır;
b. imtahanı qeyri qanuni yollarla keçməyə çalışaraq imtahan iştirakçılarına, nəzarətçilərə və yatəşkilatçılara rüşvət verməyə cəhd göstərmə halları. Belə vəziyyət yarandıqda imtahan iştirakçısıimtahandan uzaqlaşdırılır və bir daha ÖSD imtahanına buraxılmır;
c. imtahan zamanı istifadəsinə icazə verilməyən köməkçi vəsaitlərdən yararlanma və yaxud digər iştirakçılara bu vəsaitlərin ötürülməsi cəhdi. Belə halda iştirakçı nəzarətçi tərəfindən ilkin olaraqxəbərdarlıq alır, təkrar cəhd baş verdikdə isə imtahandandan uzaqlaşdırılır və 3 ay ərzində ÖSDimtahanına buraxılmır;
d. imtahan zamanı sakitçiliyə riayət etməmək və digər iştirakçılardan yardım almaq və ya onlara kömək etmək cəhdi. Belə halda iştirakçı nəzarətçi tərəfindən ilkin olaraq xəbərdarlıq alır, təkrarcəhd baş verdikdə isə imtahandandan uzaqlaşdırılır və 3 ay ərzində ÖSD imtahanına buraxılmır;
8. İmtahan zamanı yalnız aşağıda sadalanan köməkçi vasitələrdən istifadə etmək olar:
a. B2 imtahanında birdilli (izahlı) və ya ikidilli lüğətlərdən;
b. C1 və C2 imtahanında birdilli lüğətlərdən
Lüğətlərin əvvəlində və ya sonunda qrammatik qaydalar olduqda həmin səhifələri əvvəlcədən kleylə və ya skoçla bağlamaq mütləqdir. Bütün digər vəsaitlər (elektron cihazlar, kitablar, qaydalar toplusu və s.) qəti qadağandır!!!
*
Required
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy