Peşəkar İntellekt Liqası, Sentyabr seriyası
Yeni mövsüm yeni liqa ilə qayıdır!

3, 10 və 17 sentyabr tarixlərində Bakı İntellekt Liqasının tarixindəki ilk Sentyabr seriyası üçün görüşəcəyik. "Nə? Harada? Nə zaman?" oyunu üzrə 3 turluq liqada iştirak 18 yaşdan yuxarı hər kəs üçün açıqdır. 3 turun sonunda reytinq sistemində ən yuxarı yerin sahibi olan komanda 300 manat dəyərində mükafat fonduna sahib çıxacaq!

İştirak şərtləri
- İştirak üçün komandanın heyətində minimum 4 nəfər olmalıdır. Heyətdə ehtiyat oyunçularla birlikdə maksimum 8 nəfər yer ala bilər, amma masa arxasında eyni anda maksimum 6 oyunçunun əyləşməsinə icazə verilir.
- İştirak haqqı hər komanda üçün 12₼ təşkil edir. Komandalar hər 3 turun iştirak haqqını öncədən ödədikləri təqdirdə masa seçimi hüququ əldə edirlər.
- Yarışın hər bir turunda maksimum 16 komanda iştirak edə bilər.

Yarış detalları
- Turların paketlərinin baş redaktorları Əhməd Əliyev və Nəriman Vəliyevdir.
- Turların hər biri AF City Hoteldə (Rəşid Behbudov, 55 ünvanında) baş tutacaq.
- Turların başlama saatı bir qayda olaraq 11:30dur.

Liqanın təşkilatçıları Xəzər İntellektual Gənclər Klubu və 3sual.az platforması, baş sponsoru isə "misli.az"dır.
Sign in to Google to save your progress. Learn more
Komanda adı *
Kapitanın ad və soyadı *
Kapitanın əlaqə nömrəsi *
2-ci oyunçu *
2-ci oyunçunun əlaqə nömrəsi *
Digər oyunçular
Birbaşa əlaqə üçün oyunçu *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy