Western Caspian University - TechnoFest 2022
Qərbi Kaspi Universiteti 26-29 may, 2022-ci tarixlərində Bakıda keçiriləcək olan TechnoFest 2022 tədbirində iştirak edəcəkdir. TechnoFest 2018-ci ildən Türkiyə Cümhuriyyətində hər il olaraq keçirilməkdədir. Bu il ilk dəfə olaraq bu tədbir Azərbaycanda da təşkil olunur. Festival zamanı tələbələrin qatılacağı müsabiqə olacaqdır. Müsabiqə qaliblərini yüksək məbləğdə mükafatları gözləyir. Müsabiqə kateqoriyaları:

1. Baku Skills (3D çap)
2. Robototexnika
3. Sosial yönümlü texnologiyalar
4. Pilotsuz uçuş aparatları
5. Model peyk “CanSat”
6. “Yaşıl” texnologiyalar
7. Planer
8. Aqrar texnologiyalar

Mükafatlar (hər kateqoriya üzrə ayrılıqda)
I Yer – 6000 AZN
II Yer – 4000 AZN
III Yer – 2000 AZN

Müsabiqənin kateqoriyalarına qeydiyyat 31 yanvar tarixinə kimidir.

Müsabiqədə iştirak üçün lazım olacaq avadanlıq və mentor dəstəyi layihələrin uyğunluğuna görə təmin olunacaq. Müsabiqədə iştirak üçün mühəndislik bacarığı vacib deyil, əsas olan ideya, onun layihələndirilməsi və təqdim olunmasıdır. Yox əgər əksi olaraq ideyanız yoxdur və mühəndis olaraq qatılmaq istəyirsiz, o zaman da qeydiyyatdan keçin. Ümumilikdə bütün ideyalar TEXNOPARK komandası tərəfindən dəyərləndirildikdən sonra mühəndislər komandası formalaşdırılacaqdır.

20 yanvar, 2022-ci il tarixindən gec olmadan bu aşağıdakı linkdən qeydiyyatdan keçmək mütləqdir.

Qeyd: Əlavə sual və məsləhətləşmə üçün universitetimizin Texnoparkı ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Əhməd Rəcəbli 3-cü paralel, Mühəndislik binası, I mərtəbə, 19-cu otaq

E-mail: kamran.imamaliyev@wu.edu.az

Mob: +994 55 722 21 24

Tədbirin veb səhifəsi: https://technofest.az 


Sign in to Google to save your progress. Learn more
Soyadı, ad və ata adınız
E-mail ünvanınız
Əlaqə nömrəniz
Oxuduğunuz təhsil müəssisəsi
Clear selection
Fakültəniz
İxtisasınız
Qrup nömrəniz
Qatılmaq istədiyiniz müsabiqə
Clear selection
İdeya və ya layihəniz varsa haqqında qısa yazın.
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy