Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi
Dəyərli gənclər! “Könüllülər ili” ilə əlaqədar olaraq Mingəçevir Gənclər Evi sizin fərdi inkişafınıza töhvə verəcək növbəti proqramın icrasına başlayır. "Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi" adlanan proqramın təşkilində əsas məqsəd gənclərin peşə və karyera seçimi zamanı qarşılaşdıqları problemlərin həllində onlara kömək etmək, öz sahəsində uğur qazanan şəxslərlə iştirakçıların görüşünü təşkil etməklə, gənclərə stimul verməkdir.
Belə ki, layihə çərçivəsində keçiriləcək görüşlərdə müxtəlif sahələrdə çalışan şəxslər öz liderlik və rəhbərlik təcrübələri ilə bağlı iştirakçılara məlumat verəcək, onların suallarını cavablandıracaqlar. "Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi”ndə  iştirak etməklə, Siz aşağıdakı imkanlardan istifadə edə bilərsiniz:
📌 karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnmək;
📌 şəxsi inkişafınızla bağlı analiz etmə bacarığınızı formalaşdırmaq;
📌 şəxsi inkişaf yolunuzu aydınlaşdıra bilmək;
📌 peşə və karyera ilə bağlı ehtiyaclarınızı müəyyənləşdirmək;
📌 fərdi xüsusiyyətlərin peşə və karyera seçimində rolu ilə bağlı məlumat əldə etmək;
📌 peşə və karyera seçimi zamanı fərdi xüsusiyyətlərinizdən istifadə etməyi öyrənmək.
Görüşlərin başlıca tezisləri:
gənclərin peşə seçiminə dəstək;
perspektiv iş və ixtisaslarla bağlı məlumatlandırma;
davamlı təhsilin vacibliyi;
peşə təhsilinin və qeyri-formal təhsilin üstünlükləri;
təcrübə mübadiləsinin zəruriliyi;
komanda işinin təşkili.

Layihənin yaş həddi: 15-29 yaş
Müraciət üçün son tarix: 23 yanvar 2019-cu il
Qeyd: Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq görüşlər barədə məlumat veriləcək.
Sign in to Google to save your progress. Learn more
Ad *
Soyad *
Doğum tarixi *
MM
/
DD
/
YYYY
Təhsil aldığın müəssisə *
İxtisas *
İşlədiyin yer
Əlaqə nömrəsi *
E-mail ünvanı
Proqrama qoşulmaqda məqsədin *
Proqramdan gözləntilərin
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy