"Toxum School-Regions" Layihəsi
Toxum.org platforması “Toxum School-Regions” layihəsini təqdim edir.

4 regionda keçirilməsi planlanan Toxum School-Regions ilk səfərini Şəki şəhərinə edir.
Ağlınız ideyalarla doludur, ancaq hələ də ideyalarınıza həyat vermək üçün hardan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür!
Təlimlər zamanı mütəxəssislər tərəfindən  ideyaların layihə halına gətirilməsi, onun sosial sahibkarlıq tərəflərinin inkişaf etdirilməsi və nəhayət, kraudfandinq kampaniyası vasitəsilə layihənizə həyat verməyi praktiki olaraq öyrənəcəksiniz.

Layihənin proqramı:
1. Biznes, sahibkarlıq və sosial sahibkarlıq anlayışları;
2. Sosial sahibkarlıqda dəyər təklifi;
3. Sosial sahibkarlıq və sosial təsirin ölçməsi;
4. Sosial sahibkarlar üçün yerli və xarici imkanlar;
5. Sosial biznesdə genişləndirmə strateqiyası;
6. Layihələrin hazırlanması;
7. Kraudfandinq nədir?
8. Kraudfandinqin tarixi və əhəmiyyəti
9. Kraudfandinq maliyyələşmə üsulu kimi
10. Kraudfandinqin formaları və onların tətbiqinin müsbət/mənfi cəhətləri
11. Kampaniyanın aparılmasının nəzəri və praktiki tərəfləri
12. Hər üç mövzunun kəsişməsində: Öz arzunu işıqlandırmaq üçün ilk addım

Layihədən qazanacaqlarınız:

-İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraudfandinq və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər.
-Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kampaniya aparmağa hazırlıqlı olacaqsınız.
-Bu təlimlər layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək.
-Layihədən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz.

Layihə təlimçiləri:

- Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi

- İlkin Haqverdiyev - İcbari Tibbi Sığorta Agentliyində Layihələrin İdarə Edilməsi üzrə Baş Məsləhətçi, Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri

- Toğrul İsmayılov - Toxum.org platformasının həmtəsisçisi

Layihədə iştirak etmək üçün tələblər:

1. Yaş 18-dən böyük olmalı;
2. Müəyyən sosial və sosial sahibkarlıq ideyasına sahib olmalı;

Layihə haqqında digər detallar:

1. Yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq və seçildiyinizə dair məlumat mail ünvanınıza göndəriləcək.
2. Seçilmiş şəxslər ilk olaraq onlayn formatda keçirilən görüşə qatılacaq.
3. Oflayn görüşlər  12-13 iyun 2021-ci il tarixində Şəki rayonunda keçiriləcək.
4. Təlimlərin keçiriləcəyi ünvan seçilmiş şəxslərə mail olaraq göndəriləcək.
5.     Layihə 12 iyun tarixində 10:00-17:30, 13 tarixində isə 10:00-16:00 saatları arasında baş tutacaq.

Məkan: Şəki Addım Tədris Mərkəzi

Qeydiyyat üçün son tarix: 03.06.2021

Sign in to Google to save your progress. Learn more
Adınız və Soyadınız *
Doğum tarixiniz *
Mobil nömrəniz *
İş yeriniz və ya təhsil aldığınız müəssisə *
Elektron poçt ünvanınız *
Layihəyə qatılmaqda məqsədiniz nədir? *
Yuxarıda göstərilən təlim mövzularından hansı ilə tanışsınız? *
Ağlınızda olan hər hansı bir layihə ideyanız varmı? *
İdeyanızı qısa şəkildə necə təsvir edə bilərsiniz? *
Bu ideya üçün indiyə qədər hansı işləri görmüsünüz? *
Son olaraq, layihə barədə məlumatı haradan almısınız? *
Seçimlər barədə nəticələr elektron poçt ünvanınıza göndəriləcək.                             Layihəyə göstərdiyiniz maraq və qeydiyyat formunda iştirakınız üçün təşəkkür edirik!
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy