Praktiki əsaslarla " Əmək məcəlləsi və kadr kargüzarlığı" kursu
İnsan Resursları üzrə mütəxəssis olmaq istəyənlər, yaxın əyləşin! 🤩

Business Development Center tərəfindən təşkil olunan HR sahəsinə yeni başlayan və bu sahədə peşəkarlaşmaq istəyənlər üçün Praktiki Əsaslarla “ Əmək məcəlləsi və Kadr kargüzarlığı “ kursuna qeydiyyatı davam etdirir.

 👤Təlimçi - Ruslan Hümbətov-

- Əmək və sosial münasibətlər üzrə ekspert;
- 10 ildən çox Dövlət Əmək Müfəttişliyinin əməkdaşı.

📅Dərslər haqqında:

- Həftədə 2 dəfə , hər dərs 2 saat ərzində 10 dərs olmaqla 20 saat müddətində tam praktiki olaraq qrup və ya fərdi şəkildə xüsusi proqram əsasında tədris ediləcək.

Kursun sillabusu:

Modul 1. Əmək münasibətləri :

-Əmək qanunvericiliyi üzrə əsas anlayışlar.
-Əmək müqaviləsinin tərtibi qaydaları
-İşə qəbulun rəsmiləşdirilməsi.
-Sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar
-Əmək kitabçası və onun doldurulma qaydaları
-İcbari sığortalar

Modul 2. Elekron Hökumət Portalı ilə iş :

-E-govda ştat vahidinin yaradılması
-E-sosialda vakansiyanın verilmə qaydası
-Yeni əmək müqaviləsi bildirişinin daxil edilməsi və müqavilənin bağlanması
-Mövcud əmək müqaviləsinə dəyişikliyin edilməsi və xitam verilməsi

Modul 3. Əmək şəraiti və şərtləri:

-Vəzifə öhdəlikləri
-Əmək müqaviləsinə dəyişikliklərin edilməsi, başqa işə keçirmə
-Müvəqqəti başqa işə keçirilmə
-Müvəqqəti əvəzetmə
-Boş vəzifənin icrası

Modul 4. Əmək müqaviləsinə xitam verilmə əsasları:
 
-İşçilərin attestasiyası
-Əmək müqaviləsinə xitam verilməsi halları
-Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
-Əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi qaydası
-İşçinin son haqq hesabı

Modul 5. İşçilərin iş vaxtı və istirahət hüquqları:
 
-Qısaldılmış, tam və natamam iş vaxtı
-İş vaxtının cəmlənmiş uçotu
-Çox növbəli iş rejimi
-İş vaxtından artıq iş
-Qeyri-iş günlərində işin rəsmiləşdirilməsi
-Tabel tərtibi

Test imtahanı

Modul 6. Məzuniyyətin tənzimlənməsi:

-Məzuniyyət növləri
-Məzuniyyətlərin rəsmiləşdirilməsi və hesablanması qaydası
-Məzuniyyətdən geri çağırma
-Məzuniyyət qrafiki
-İşçilərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın hesablanması qaydaları

Modul 7. Ezamiyyətin tənzimlənməsi:

-Ezamiyyələrin növləri
-Ezamiyyələrin rəsmiləşdirilməsi
-Ezamiyyə gününün hesablanması qaydası
-Xəstəlik vərəqinin doldurulması, hesablanması qaydaları

Modul 8. Əmək və icra intizamı:
 
-Müəssisədaxili intizam qaydaları
-Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması
-Əmək və icra intizamının pozulmasına görə intizam məzuliyyəti və onun növləri
-İntizam tənbehinin verilmə qayda və şərtləri
-İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

Modul 9. Kadr inzibatçılığında tətbiq edilən hesabatlar və formalar:

-Əmək müqavilələrinin sənədləşməsinin uçotu
-iş vaxtı və iş vaxtından artıq için uçotu
-Məzuniyyət verilməsinin uçotu
-Əmək kitabçasının uçotu
-Kadr inzibatçılığı istifadə edilən sənədlər: Əmrlər, Ştat cədvəlləri, Aktlar, Protokollar, Arayışlar
-İşçinin “şəxsi işi”nin tərtibi

Modul 10. Qadınlar  və  yaşı 18-dən aşağı olan işçilər ilə əmək münasibətlərin tənzimlənməsi qaydaları:

-Qadınlarla və  yaşı 18-dən aşağı olan işçilər ilə əmək müqaviləsinin bağlanması
-Qadınlar  və  yaşı 18-dən aşağı olan işçilərin iş vaxtı
-Qadınlar  və  yaşı 18-dən aşağı olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər
-Qadınlar  və  yaşı 18-dən aşağı olan işçilərin əmək müqaviləsinin ləğv edilməsində təminatları

Yekun Test imtahanı.


Kursa daxildir:

✔ Təlim və tədris materialları;
✔ Coffee Break time;
✔ Pratiki çalışmalar;
✔ Sınaq və yekun imtahan;
✔ Sertifikat (iştirakçı və ya müvəffəqiyyət sertifikatları).

Kursun ödənişi: ❌200 AZN deyil, 160 AZN ✅

Qeyd : Korporativ qoşulmaq istəyənlər üçün 10%
Business Development Center tələbələrinə 15% endirim tətbiq edilir.
Logg på Google for å lagre fremdriften din. Finn ut mer
Ad, soyad və ata adı: *
Email ünvanı: *
Əlaqə ünvanı: *
İnsan resursları üzrə təcrübəniz: *
Send
Tøm skjemaet
Send aldri passord via Google Skjemaer.
Dette innholdet er ikke laget eller godkjent av Google. Rapporter uriktig bruk - Vilkår for bruk - Retningslinjer for personvern