Əziz tələbələr, həyəcan, dostluq və rəqabət dolu bir tədbir üçün hazır olun! 🤩
"Bir Könüllü" Tələbə Təşkilatı və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə həvəskar tələbələr arasında keçiriləcək stolüstü tennis çempionatı sizin üçün tələbə həyatının ən yadda qalan və maraqlı günlərindən ola bilər.  ☺️

Xanımlar və bəylərdən ibarət olmaqla ümumilikdə 60 tələbənin cəlb olunması nəzərdə tutulan turnir üzvlərimizin həyəcan, dostluq və rəqabət dolu mühitdə bir araya gələcəyi, həmçinin sağlam həyat tərzinin təbliğ ediləcəyi bir platformaya çevriləcək.

Tələbələr arasında sosial əməkdaşlığı gücləndirmək məqsədi daşıyan turnirlərdə hakim komitəsi tərəfindən oyunlar izləniləcək və uğurlu iştirakçılar digər mərhələlərə keçid imkanı əldə edəcəklər. Qeyd edək ki, turnirin final oyunu beynəlxalq dərəcəli hakimlər tərəfindən qiymətləndiriləcək və qaliblər medal və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. 🥇🥈🥉

⚠️ Son müraciət tarixi: 15.07.2023

⚠️ QEYD: Turnir məkanı və oyun saatları barədə müraciət edən namizədlərə qısa zamanda məlumat veriləcəkdir. 

Gəlin bu həyəcanı birlikdə yaşayaq! 💪🏻


Sign in to Google to save your progress. Learn more
Adınız: *
Soyadınız: *
Ata adınız: *
Əlaqə nömrəniz:  *
Elektron poçt ünvanınız: *
Təhsil müəssisəniz: *
Kursunuz: *
Stolüstü tennis təcrübəniz: *
Əgər bu günə qədər məşğul olmamısınızsa, "heç bir təcrübəm yoxdur" qeyd edə bilərsiniz. 
Yarışa qoşulmaqda motivasiyanız nədir? *
Bizə bildirmək istədiyiniz əlavə qeydiniz:
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy