Yay məktəbi
Azərbaycan dili fənnini tədris edən müəllimlərinin nəzərinə!
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi “Həmkara dəstək” layihəsi çərçivəsində Yay məktəbinə başlayır.
“Azərbaycan dili fənninin tədrisi: problemlər və perspektivlər” mövzusunda ilk açıq seminar 27 iyun saat 18.00-da Bakı şəhəri Yasamal rayonunda yerləşən Skateparkda keçiriləcək. Açıq havada keçiriləcək seminar 90 dəqiqə davam edəcək.
Seminar Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən, eyni zamanda rus bölməsində Azərbaycan dilini dövlət dili olaraq tədris edən müəllimlər və həmçinin ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.
Seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova tərəfindən aparılacaq. Seminarda Azərbaycan dili fənninin tədrisi üzrə mövcud problemlər müzakirə olunacaq, təqdimatçı tərəfindən fənnin tədrisi ilə bağlı yeni yanaşmalar təqdim ediləcək. Seminar interaktiv şəkildə həyata keçiriləcək.
Seminarın xüsusiliyi ondadır ki, iştirakçılar fənnin məzmunu və tədrisi məsələləri ilə bağlı öz təcrübə, problem və təkliflərini  bölüşmək imkanı qazanacaq, suallarına cavab alacaqlar.
Əziz müəllimlər, Sizi Yay məktəbində görməkdən şad olarıq. Dəvətlisiniz!

Seminarda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmaq tələb olunur:

Sign in to Google to save your progress. Learn more
Soyadınız, adınız və atanızın adı: *
İxtisasınız: *
İşlədiyiniz müəssisənin adı: *
Şəhər/Rayon: *
Əlaqə nömrəniz                                  (+994 XX) XXX XX XX                                   *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy