"Təlimçi tələbə" təcrübə mübadilə proqramı!

“Təlimçi tələbə” ali təhsil müəssisəsinin tələbələrinə təhsil sahəsində daha aktiv və faydalı rol oynamağa şərait yaradan, tələbələrin bilik və bacarıqlarını təhsilalanlara aşılayaraq onların öyrənmə prosesinə töhfə verməyi təşviq edən uzunmüddətli təcrübə mübadiləsi proqramıdır. 

Proqram çərçivəsində tələbələrin ümüumitəhsil müəssisələrinin şagirdlərinə şəxsi inkişaf, yumşaq bacarıqların gücləndirilməsi, ixtisas seçimi və bir sıra digər aktual mövzularda təlimçi qismində çıxış edərək təhsilalanları motivasiya etmələri, eyni zamanda təcrübə mübadiləsi təşkil etmələri nəzərdə tutulmuşdur.

Proqrama kimlər təlimçi qismində qoşula bilər:

  • Ali təhsil müəssisələrinin III-IV kurs tələbələri, magistratura və doktorantura səviyyəsində təhsilalanlar;
  • Səlis fikir ifadə etmə bacarığına və axıcı nitqə sahib olan tələbələr;
  • Seçdiyi təlim mövzusu üzrə nəzəri və ya praktiki təcrübəsi olan tələblər;
  • Məktəbli yaş qrupu ilə işləməyə həvəsli olan tələbələr;

Gəl, təcrübəmizi paylaşaq və birlikdə inkişaf edək! 🚀

Son müraciət tarixi: 20 aprel 2024

Sign in to Google to save your progress. Learn more
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy