"ÖZ ŞƏHƏRİNİ DƏYİŞ - 2"  ÜÇÜN MÜRACİƏT ELANI
18 - 30 yaş aralığında olan Bakı və Sumqayıtda yaşayan qadınlar!

Baku IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirilən " Öz Səsini Kəşf Et" proqramı  çərçivəsində "Öz Şəhərini Dəyiş"(ÖŞD) üçün müraciətləri qəbul edir.

"Öz Şəhərini Dəyiş" (ÖŞD) "Öz Səsini Kəşf Et" proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər  gənc qadına sosial iştirakçılıq və layihə idarəetməsi barədə lazımi bilik və bacarıqları vermək məqsədi daşıyır.

ÖŞD iştirakçıları sosial iştirakçılıq, yerli icmalara töhfə verilməsi üçün layihə yazılması və idarə edilməsi ilə bağlı mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz layihə ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.

"Öz Səsini Kəşf Et" proqramının məqsədi gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc  qadın öz icmalarını yaxşılaşdırmaq üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək:  Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

Təlim Müddəti : 3 - 6 fevral

Kimlər müraciət edə bilər: 18-30 yaş arası gənc qadınlar;

Müraciət üçün son tarix: 19 yanvar, 2020

Məkan: Cəfər Cabbarlı 44, Caspian Plaza, III korpus, III mərtəbə, Bakı, Azərbaycan

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: changethecitychallange@gmail.com

Telefon: +994 12 4372944

Mobil: +994 50 2254525


Email *
Ad və Soyad: *
Doğum Tarixiniz *
MM
/
DD
/
YYYY
Əlaqə Nömrəniz *
Təhsiliniz (dərəcə/ixtisas)
Təhsil aldığınız müəssisə
Öz Şəhərini Dəyiş (ÖŞD) proqramına niyə qoşulmaq istəyirsiniz? (minimum 100 söz) *
Bu günə qədər hər hansısa bir layihə icrasında təcrübəniz olubmu? Olubsa, qısa məlumat verin. (minimum 100 söz) *
Gerçəkləşdirmək istədiyiniz hər hansı layihə ideyası varmı? (minimum 100 söz) *
Sizcə, sosial iştirakçılıq nə deməkdir? (minimum 100 söz) *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy